2023-cü il oktyabrın 7-dən İsrailin Qəzza zolağına etdiyi hücumlarda ən azı 10 mindən çox insanın dağıntılar altında itkin düşdüyü bildirilir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Belə ki, bu şəxslərin Səhiyyə Nazirliyinin açıqladığı ümumi ölənlərin sayına daxil edilmədiyi qeyd edilib. Açıqlamada canlı qüvvə və texnika çatışmazlığı səbəbindən axtarış-xilasetmə işlərinin 2-3 il çəkə biləcəyi bildirilib.
Dağıntılar altında minlərlə cəsədin yığılması səbəbindən epidemik xəstəliklərin yayılacağı xəbərdarlığı edilən açıqlamada yay aylarında havaların temperaturu yüksəldikcə cəsədlərin parçalanma prosesinin sürətlənəcəyinə diqqət çəkilib.
Qəzzada 10 mindən çox insan dağıntılar altında itkin düşüb
1 dəq
Oxşar xəbərlər
Eyni mövzuda
Digər
İsrailin generatorlarını bombalamasından sonra Qəzzada xəstəxanada elektrik kəsildi
Digər
"Epşteynin sənədləri" onun Putinə olan "qarşılıqsız sevgisini" ortaya qoyur - KİV
Digər
Qəzzada can itkisi artır: Ölənlərin sayı 71 662 nəfərə yüksəlib
Digər