İsrailin hava hücumları nəticəsində Türk-Fələstin Dostluq Xəstəxanası xidmətdən çıxdıqdan sonra Qəzzada 10 minə yaxın xərçəng xəstəsi dərman ala bilməyib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Fələstinin “Wafa” xəbər agentliyinin məlumat yayıb.
Tibbi mənbələrə görə, Qəzzada xərçəng xəstələri "lazım olan dərmanlara çıxışı olmadığı üçün qeyri-insani şəraitlə üzləşirlər".