Əsas məzmuna keç

Qeyri-sabit nə vaxta qədər davam edəcək?

Qeyri-sabit nə vaxta qədər davam edəcək?

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı və küləkli hava şəraiti oktyabrın 5-i gündüzədək davam edəcək. Bu barədə Ekologiya və Təbii...

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı və küləkli oktyabrın 5-i gündüzədək davam edəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Oktyabrın 6-7-də əksər rayonlarda hava şəraitinin əsasən yağmursuz keçəcəyi, mülayim cənub-şərq küləyinin əsəcəyi gözlənilir.

Ölkədə müşahidə olunan faktiki havaya gəlincə, oktyabrın 4-ü saat 09:00-a olan məlumata əsasən hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, arabir leysan xarakterli yağıb, bəzi yerlərdə intensiv və güclü olub.

Düşən yağışın miqdarı Qubada 29 mm, Şabranda 19 mm, Qusarda 18 mm, Lerikdə 17 mm, Gədəbəydə 15 mm, Neftçalada 14 mm, Altıağacda 9 mm, Yardımlı, Xaltanda 7 mm, Lənkəran, , Sədərək, Astara, Daşkəsən, , Şərur, Qax, Beyləqan, Ordubad, Ağdam, Naxçıvan, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Şirvan, Zaqatala, Tərtər, Ağsu, İsmayıllı, Bərdə, İmişli, Sabirabad, Cəfərxan, Biləsuvarda 6 mm-dək, Bakıda və yarımadasında isə 1 mm-dək olub.

Şimal-qərb küləyi arabir Göyçayda 20 m/s, Naftalanda 18 m/s, Naxçıvanda 16 m/s, Bakıda və Abşeron yarımadasında 20 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.6 metrə çatıb.

Şamaxı, Qusar, Şahdağ, Qrız, Lerik, Sumqayıtda duman müşahidə olunub.

Hava proqnozu

10° Bakıda indiBuludlu
  1. Bu gün Az buludlu 12° 8°
  2. Sabah Buludlu 12° 8°
  3. Birisi gün Tutqun 12° 11° yağış 30%
Bütün rayonlar üzrə proqnoz ›

Yağış, qar və güclü külək barədə xəbərdarlıq alın

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…