Qeyri-sabit hava şəraiti iyulun 3-dək davam edəcək

Qeyri-sabit hava şəraiti iyulun 3-dək davam edəcək
02.07.2024 11:01
Aa
dəq

İyulun 2-si saat 10:00-a olan məlumata görə əvvəlcədən xəbər verildiyi kimi, bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxır, arabir leysan xarakterli yağış yağır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Qeyd olunub ki, düşən yağıntının miqdarı Gədəbəydə 33 mm, Daşkəsəndə 13 mm, Ordubad, Göygöldə 9 mm, Sədərəkdə 7 mm, Gəncə, Şərurda 6 mm, Tovuz, Şəmkir, Qax, Balakən, Zaqatala, İsmayıllı, Göyçay, Goranboy, Şəki, Xaltan, Kürdəmir, Lerik, Ceyrançöl, Naftalan, Şahbuz, Naxçıvan, Beyləqan, Mingəçevir, Yevlaxda 3 mm-dək olub.
Öncədən xəbər verildiyi kimi, iyulun 1-də ölkənin bəzi bölgələrində sarı və narıncı xəbərdarlığa uyğun olaraq küləkli hava şəraiti müşahidə olunub. Narıncı xəbərdarlığa uyğun olaraq Culfada şərq küləyi əsib, arabir 23 m/s-dək güclənib. Sarı xəbərdarlığa uyğun olaraq isə küləyin sürəti Gəncə, Naxçıvanda 20 m/s, Naftalanda 18 m/s, Ağdam, Şəmkirdə 16 m/s-dək güclənib.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında, eləcə də Aran rayonlarında 33, Naxçıvan MR-da 31, dağlıq rayonlarda 23 dərəcəyədək isti olub.
Bölgələrdə müşahidə olunan qeyri-sabit hava şəraiti iyulun 3-ü axşamadək davam edəcək.

Həftənin ən çox oxunanları

Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb
DAVAMIN OXU davamın oxu

Bəzi rayonlarda şimşək çaxıb, yağış yağıb - FAKTİKİ HAVA

Bəzi rayonlarda şimşək çaxıb, yağış yağıb - FAKTİKİ HAVA
DAVAMIN OXU davamın oxu

Milli Hidrometeorologiya Xidməti əhaliyə çağırış edib

Milli Hidrometeorologiya Xidməti əhaliyə çağırış edib
DAVAMIN OXU davamın oxu

Sabah havanın temperaturu 36 dərəcəyədək yüksələcək

Sabah havanın temperaturu 36 dərəcəyədək yüksələcək
DAVAMIN OXU davamın oxu

Bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxıb, qısamüddətli leysan yağıb - FAKTİKİ HAVA

Bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxıb, qısamüddətli leysan yağıb - FAKTİKİ HAVA
DAVAMIN OXU davamın oxu