Qətərdə həbsdə olan 7 iranlı məhbus azadlığa buraxılıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici mediaya istinadən xəbər verir ki, bu barədə İranın Dohadakı səfiri Həmid Dehkan "Twitter" hesabında paylaşım edib.
Dehkan sözügedən şəxslərin hansı cinayətlərə görə mühakimə olunduqları və Qətərdə nə qədər müddət saxlanıldıqları barədə məlumat verməyib.