Qətər Xarici İşlər Nazirliyi bugünki bəyanatında İsrail və HƏMAS arasında humanitar fasilənin sona çatmasından sonra İsrailin Qəzzaya hücumlarını bərpa etməsindən təəssüfləndiklərini açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bəyanatda deyilir:
“Qətər Dövləti İsrailin Qəzza zolağına hücumlarının, humanitar fasilənin sona çatmasından sonra, müddətinin uzadılması ilə bağlı razılaşma olmadan yenidən başlamasından dərin təəssüf hissi keçirir ”.
Nazirlik vasitəçi kimi çıxış edəcəyini və humanitar sülhün davam etməsi üçün əlindən gələni əsirgəməyəcəyini bildirib.
“Xarici İşlər Nazirliyi təsdiq edir ki, iki tərəf arasında danışıqlar fasiləyə qayıtmaq üçün davam edir. Nazirlik həmçinin bəyan edir ki, Qətər Dövləti vasitəçi tərəfdaşları ilə birlikdə humanitar fasiləyə səbəb olan səyləri davam etdirməkdə qərarlıdır və əmin-amanlığın bərpası üçün lazım olan hər şeyi etməkdən çəkinməyəcək", deyə açıqlmada qeyd olunub.