Operativ Məlumat Mərkəzi

Qətər və Türkiyə Trampın Ukrayna üçün yeni sülh planının hazırlanmasında iştirak edir

2 dəq
Paylaş:
Qətər və Türkiyə Trampın Ukrayna üçün yeni sülh planının hazırlanmasında iştirak edir

Qətər və Türkiyə ABŞ-nin Ukrayna münaqişəsinin həlli üçün hazırladığı yeni sülh planında iştirak edir və Vaşinqtonun vasitəçilik səylərini dəstəkləyir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Axios" nəşrinə mənbələr məlumat verib.

Mənbə bildirib ki, Qətər və Türkiyənin vasitəçi kimi rolu Qəzzadakı müharibənin dayanmasına töhfə verib və analoji rol Ukrayna münaqişəsinin bitməsində də həlledici ola bilər.

Məlumata əsasən, ötən həftə sonu Qətərin yüksək vəzifəli rəsmisi ABŞ prezidentinin xüsusi elçisi Stiv Vitkov və Ukraynanın milli təhlükəsizlik müşaviri Rüstəm Umerov arasında keçirilən danışıqlarda iştirak edib.

Mənbələrdən biri qeyd edib ki, Prezident Vladimir Zelenski Umerova Vitkovla danışıqlar aparmaq üçün rəsmi səlahiyyət verib və görüşlər zamanı bir sıra razılaşmalar əldə olunub.

Nəşrin iddiasına görə, Ukrayna rəsmisi ilə görüşdən əvvəl Vitkov Rusiya elçisi Kirill Dmitriyevlə də planın detalları barədə ətraflı müzakirələr aparıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər