Operativ Məlumat Mərkəzi

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

1 dəq
Paylaş:
Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub
bu barədə Sabunçu rayon prokurorluğu məlumat yayıb. Məlumata əsasən, martın 9-u, saat 21 radələrində paytaxtın Sabunçu rayonunun Bakıxanov qəsəbəsində...

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Sabunçu rayon prokurorluğu məlumat yayıb.

Məlumata əsasən, martın 9-u, saat 21 radələrində paytaxtın Sabunçu rayonunun Bakıxanov qəsəbəsində 1998-ci il təvəllüdlü Səbuhi Əhmədlinin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bildirilib ki, araşdırmalarla 1985-ci il təvəllüdlü Əli Eybatovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Səbuhi Əhmədlini qəsdən öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd olunub ki, faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb və Əli Eybatov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər