“Qərb Rusiyada baş verən silahlı qiyamdan əvvəlcədən məlumatlı idi”.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Rusiya qvardiyasının başçısı Viktor Zolotov ölkə başçısı Vladimir Putinlə görüş zamanı deyib.
O, güc strukturlarının hərbi qiyamın qarşısının alınması istiqamətindəki səylərini yüksək qiymətləndirib.
V. Zolotov söyləyib ki, qiyam zamanı müntəzəm olaraq V. Putinlə əlaqə saxlayırdı.