Operativ Məlumat Mərkəzi

Qəbul planı tam dolan ali təhsil müəssisələrinin adları açıqlanıb - SİYAHI

1 dəq
Paylaş:
Qəbul planı tam dolan ali təhsil müəssisələrinin adları açıqlanıb - SİYAHI
bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri Xanlar Xanlarzadə İTV-nin "Xəbərimiz var" verilişinin...

Azərbaycanda bir neçə ali təhsil müəssisəsində qəbul planı tam dolub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri Xanlar Xanlarzadə İTV-nin "Xəbərimiz var" verilişinin efirində deyib.

Onun sözlərinə görə, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət İdarəçilik Akademiyası, Bakı Xoreoqrafiya Akademiyası, Bakı Rəssamlıq Akademiyası, Azərbaycan Turizm və Menecment Universiteti, Bakı Ali Neft Məktəbində plan yerləri 100% dolub.

"Özəl ali təhsil müəssisələrindən Odlar Yurdu Universiteti, Bakı Biznes Universiteti, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında da həmçinin qəbul planı tam dolub. Regionlardakı universitetlərə gəlincə, qəbul planı Naxçıvan Dövlət Universitetində 96,05 %, Mingəçevir Dövlət Universitetində 96,16 % dolub. Eyni zamanda Lənkəran Dövlət Univeristetində 94,88 % plan yeri dolub", - X.Xanlarzadə qeyd edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər