Qəbələ sakinlərindən ov tüfəngləri götürülüb, 11 nəfər saxlanılıb

Qəbələ sakinlərindən ov tüfəngləri götürülüb, 11 nəfər saxlanılıb
09.11.2023 16:35
Aa
dəq

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi, mülki silahın daşınması və saxlanılması qaydalarının pozulması, eləcə də qanunsuz ov hallarının qarşısının alınması məqsədilə profilaktiki tədbirlər həyata keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, keçirilən tədbirlər zamanı rayon sakinləri – Feyruz Vəliyev, Rudik Qukasov və Tofiq Nəsrullayevdən müvafiq sənədləri olmayan ümumilikdə 3 ədəd ov tüfəngi aşkar edilərək götürülüb.

Keçirilən digər tədbirlər nəticəsində isə rayon ərazisində qanunsuz ov edən 1, mülki ov silahının daşınması qaydalarını pozan 11 nəfər müəyyən edilib.

Aşkar edilən faktlarla bağlı həmin şəxslər barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.

Həftənin ən çox oxunanları

Toy yasa döndü - 5 nəfər öldü - FOTOLAR

Toy yasa döndü - 5 nəfər öldü - FOTOLAR
DAVAMIN OXU davamın oxu

DİN Pentensiar Xidmətlə birgə əməliyyat keçirib, 1,6 kq heroin götürülüb

DİN Pentensiar Xidmətlə birgə əməliyyat keçirib, 1,6 kq heroin götürülüb
DAVAMIN OXU davamın oxu

Xaricdə tutulan 6 nəfər Azərbaycana gətirildi

Xaricdə tutulan 6 nəfər Azərbaycana gətirildi
DAVAMIN OXU davamın oxu

Bakıda polisdən qaçmağa cəhd edən şübhəlilər saxlanılıb, bir nəfər yaralanıb

Bakıda polisdən qaçmağa cəhd edən şübhəlilər saxlanılıb, bir nəfər yaralanıb
DAVAMIN OXU davamın oxu

Şamaxıda cibgirlikdə şübhəli bilinən şəxslər saxlanılıblar

Şamaxıda cibgirlikdə şübhəli bilinən şəxslər saxlanılıblar
DAVAMIN OXU davamın oxu