Əsas məzmuna keç

Qazaxıstanda növbədənkənar parlament seçkiləri keçiriləcək

Qazaxıstanda növbədənkənar parlament seçkiləri keçiriləcək

Prezident Kasım-Jomart Tokayevin imzaladığı fərmanla Qazaxıstanda yeni konstitusiya sisteminə keçid çərçivəsində parlament seçkilərinin tarixi müəyyənləşib.

en ru

Qazaxıstanda növbədənkənar təyin edilib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Prezidenti Kasım-Jomart Tokayevin imzaladığı fərmana əsasən, ölkədə növbədənkənar seçkiləri avqustun 23-də keçiriləcək.

Məlumata görə, seçkilərdə ölkənin hazırkı ikipalatalı parlamentini əvəz edəcək yeni birpalatalı qanunverici orqanın tərkibi formalaşdırılacaq. Bu addım konstitusiya islahatları çərçivəsində həyata keçirilir.

Bildirilir ki, seçkilərdə may ayında yaradılan və iyun ayında hakim “Amanat” partiyası ilə birləşəcəyini açıqlayan “Adilet” partiyası da iştirak edəcək. Partiyaya Tokayevin yaxın müttəfiqlərinin rəhbərlik etdiyi qeyd olunur.

Məlumata görə, 2019-cu ildə prezident seçildikdən sonra ölkədə genişmiqyaslı siyasi islahatlara başlayıb. O, 2022-ci ildə baş verən iğtişaşlardan sonra sələfi Nursultan Nazarbayevdən siyasi baxımdan uzaqlaşıb və həmin hadisələri dövlət çevrilişi cəhdi kimi qiymətləndirib.

Qeyd edək ki, yeni konstitusiya dəyişiklikləri çərçivəsində Qazaxıstanda vitse-prezident vəzifəsinin yaradılması və seçkilərdən sonra bu posta təyinatın həyata keçirilməsi də nəzərdə tutulur.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…