Operativ Məlumat Mərkəzi

Qazaxıstanda mədən qəzasında ölənlərin sayı 35 nəfərə çatıb

1 dəq
Paylaş:
Qazaxıstanda mədən qəzasında ölənlərin sayı 35 nəfərə çatıb
bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb. “Hazırda 35 nəfərin cəsədi tapılıb, onlardan 29-u şaxtadan çıxarılıb,...

Qazaxıstanın Karaqanda vilayətində yerləşən Kostenko adına mədəndə baş vermiş partlayış və yanğın nəticəsində həlak olanların sayı 35-ə çatıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Hazırda 35 nəfərin cəsədi tapılıb, onlardan 29-u şaxtadan çıxarılıb, 11 şaxtaçının axtarışları davam edir”, - deyə məlumatda bildirilir.

Qeyd edək ki, bundan əvvəl 33 nəfərin öldüyü bildirilmişdi.

Faciə ilə əlaqədar oktyabrın 29-u Qazaxıstanda milli matəm günü elan olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər