Əsas məzmuna keç

Qazaxıstanda Heydər Əliyev haqqında sənədli film çəkilib

Qazaxıstanda Heydər Əliyev haqqında sənədli film çəkilib

"Qazaxıstanda Azərbaycanın görkəmli dövlət xadimi Heydər Əliyev haqqında sənədli film çəkilib". Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bildirib....

"Qazaxıstanda Azərbaycanın görkəmli dövlət xadimi haqqında sənədli film çəkilib".

"Operativ Məlumat Mərkəzi-OMM" “Kazinform”a istinadən xəbər verir ki, bunu Prezidenti Kasım-Jomart bildirib.

"Bu gün Heydər haqqında çəkilmiş "Görkəmli ömür" adlı sənədli filmin premyerası olacaq. Bu film bizim tapşırığımızla "Qazaxıstan" Teleradio Korporasiyası tərəfindən çəkilib", - Tokayev İlham Əliyev ilə geniş tərkibdə danışıqlar zamanı deyib.

Qazaxıstan Prezidenti ölkələrimiz arasında səmimi dostluğun və qarşılıqlı dəstəyin daha bir bariz sübutu kimi Füzuli şəhərində uşaqlar üçün Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzinin tikilməsini göstərib və bunun qazax xalqının adından Azərbaycana hədiyyə olduğunu bildirib.

"Mənə məlumat verildi ki, bu mərkəzin tikintisi kifayət qədər sürətlə aparılır. Düşünürəm ki, çox yaxın zamanda bu mühüm obyektin istifadəyə verilməsinin şahidi olacağıq. Biz humanitar əlaqələri hərtərəfli inkişaf etdirmək və ümumi mənəvi dəyərlər xəzinəsini zənginləşdirmək əzmindəyik”, - Qazaxıstan Prezidenti əlavə edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…