Operativ Məlumat Mərkəzi

Qazaxıstanda daşqınlar səbəbindən 63 mindən çox sakin təxliyə edilib

1 dəq
Paylaş:
Qazaxıstanda daşqınlar səbəbindən 63 mindən çox sakin təxliyə edilib
bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin fövqəladə hallar idarəsinin rəisi Kaharman Orazalin brifinqdə məlumat verib. “Təbii fəlakətlə əlaqədar...

Qazaxıstan xilasediciləri daşqınlar fonunda bir neçə yaşayış məntəqəsindən 63 mindən çox sakini təxliyə ediblər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin fövqəladə hallar idarəsinin rəisi Kaharman Orazalin brifinqdə məlumat verib.

“Təbii fəlakətlə əlaqədar 3400-ə yaxın ev su altında qalıb. Hazırda müvəqqəti yerləşdirmə mərkəzlərində 13 328 nəfər var. Xilasetmə əməliyyatlarına 8,7 mindən çox insan, 1,7 min texnika və 12 təyyarə cəlb olunub”,- Orazalin qeyd edib.

Bildirilib ki, daşqınlar səbəbindən ölkənin 10 rayonunda yerli fövqəladə vəziyyət elan edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər