Operativ Məlumat Mərkəzi

Qazaxıstan Türkiyəyə 55 ton humanitar yardım göndərəcək

1 dəq
Paylaş:
Qazaxıstan Türkiyəyə 55 ton humanitar yardım göndərəcək

Prezident Kasım-Jomart Tokayevin sərəncamına uyğun olaraq, Qazaxıstan Türkiyəyə əlavə humanitar yardım göndərəcək.

"Operativ Məlumat Mərkəzi - OMM" Qazaxıstan Baş nazirinin saytına istinadən xəbər verir ki, məsələ birinci müavin Roman Sklyarın sədrliyi ilə keçirilən hökumət komissiyasının iclasında müzakirə olunub.

55 tonluq humanitar yardıma paltarlar (isti gödəkcələr və şalvarlar), qış çadırları, metal çarpayılar, yataq dəstləri və digər zəruri mallar daxildir.

Bildirilib ki, yardım təyyarə ilə Türkiyənin Qaziantep şəhərinə aparılacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər