Qazaxıstan parlamenti ölkə prezidenti Kasım-Jomart Tokayevin BMT-nin sülhməramlı missiyalarına hərbçilərin göndərilməsi təklifini dəstəkləyib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Bundan əvvəl Qazaxıstanın müdafiə naziri Ruslan Jaksılıkov bəyan etmişdi ki, ölkənin 139 hərbi qulluqçudan ibarət ilk sülhməramlı kontingenti hərbi texnika və silahlarla birlikdə bu ilin martından Qolan təpələrində geri çəkilməyə nəzarət etmək üçün BMT qüvvələrinin missiyasına qoşulacaq.
Agentliyin bildirdiyinə görə, ümumilikdə 430 Qazaxıstan ordusunun şəxsi heyəti BMT-nin Yaxın Şərq, Cənubi Sudan Respublikası və Abyeidəki sülhməramlı missiyalarına göndəriləcək.
“Bu gün ilk dəfə olaraq BMT-nin bizə müstəqil missiya verməsinə nail olduq. Biz bayrağımız altındakı borcumuzu yerinə yetirməyə gedəcəyik", - deyib.