Əsas məzmuna keç

Qazaxıstan nümayəndə heyəti Şəhidlər xiyabanını və Zəfər parkını ziyarət edib

Qazaxıstan nümayəndə heyəti Şəhidlər xiyabanını və Zəfər parkını ziyarət edib

Nazirlər Yermek Koşerbayev və Nurlan Sauranbayev Bakıda qəhrəmanların xatirəsini ehtiramla yad ediblər. "Əbədi məşəl" önünə əklil qoyan qonaqların səfərindən detallar.

en ru

Azərbaycanda səfərdə olan Qazaxıstanın naziri Yermek Koşerbayev və naziri Nurlan Sauranbayev Şəhidlər xiyabanını ziyarət ediblər.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının əziz xatirəsi ehtiramla yad olunub, məzarları üzərinə tər güllər düzülüb, "Əbədi məşəl" abidəsinin əklil qoyulub.

Bakının ən hündür nöqtəsindən paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilib.

Eyni zamanda, parkı da ziyarət olunub, abidə önünə əklil qoyulub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…