Operativ Məlumat Mərkəzi

Qazaxda yol qəzası olub, bir nəfər ölüb

1 dəq
Paylaş:
Qazaxda yol qəzası olub, bir nəfər ölüb

Qazaxda sürücülük hüququ olmayan şəxsin törətdiyi qəza nəticəsində bir nəfər ölüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, ötən gün saat 23:40 radələrində 1982-ci il təvəllüdlü Nağıyev Nurlan Eldar oğlu sürücükük hüququ olmadan idarə etdiyi HM 777 ET Gürcüstan dövlət qeydiyyat nişanlı avtomobillə Qazax şəhəri istiqamətində hərəkətdə olarkən 1970-ci il təvəllüdlü piyada Eminov Müşfiq Əsgər oğlunu vurub.

Piyada 20.07.2025-ci il tarixində saat 00:30-da xəstəxanada ölüb.

Faktla bağlı Qazax RPŞ-də CM-nin 263-1.3-cü maddəsi ilə cinayət işi başladılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər