Əsas məzmuna keç

Qaxda 19 kq narkotik tutuldu: 40 yaşlı şəxs həbs edildi

Qaxda 19 kq narkotik tutuldu: 40 yaşlı şəxs həbs edildi

DİN-in əməliyyatı ilə Elnar Allahverdiyevdən külli miqdarda marixuana və "patı" ələ keçirilib. İran vətəndaşı ilə əlaqəli cinayətin şok detalları bəlli oldu.

en ru

Qax Rayon Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsinin qarşısı alınıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan “Operativ Məlumat Mərkəzi-OMM”-ə verilən məlumata görə, tədbirlər nəticəsində əvvəllər də analoji əmələ görə məhkum olunmuş 40 yaşlı Elnar Allahverdiyev saxlanılıb.

Baxış zamanı ondan ümumilikdə 19 kiloqram marixuana və psixotrop maddə olan metamfetamin aşkarlanaraq götürülüb.

E.Allahverdiyev ilkin ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə əldə etdiyini bildirib.

Faktla bağlı başlanılıb, məhkəmənin qərarı ilə saxlanılan şəxs barəsində qətimkan tədbiri seçilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…