Operativ Məlumat Mərkəzi

"QatarEnergy" Qırmızı dəniz vasitəsilə LNG daşınmasında gecikmə olduğunu bildirib

1 dəq
Paylaş:
"QatarEnergy" Qırmızı dəniz vasitəsilə LNG daşınmasında gecikmə olduğunu bildirib
bu barədə “Prime” agentliyi şirkətin bəyanatına əsasən məlumat verib. Buna Qırmızı dəniz bölgəsindəki qeyri-müəyyən vəziyyət səbəb olub. Reuters daha...

Qətərin dövlət neft və qaz şirkəti "QatarEnergy" bəzi mayeləşdirilmiş təbii qazın (LNG) tədarükündə gecikmələrin olduğunu təsdiqləyib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Prime” agentliyi şirkətin bəyanatına əsasən məlumat verib.

Buna Qırmızı dəniz bölgəsindəki qeyri-müəyyən vəziyyət səbəb olub.

Reuters daha əvvəl məlumat vermişdi ki, "QatarEnergy" təhlükəsizlik risklərini qiymətləndirmək üçün Qırmızı dəniz vasitəsilə LNG nəqlini dayandırıb.

Şirkət qeyd edib ki, bölgədə baş verən hadisələrlə əlaqədar bəzi tədarüklər alternativ yollardan keçib.

Bu, çatdırılma cədvəlinə təsir göstərə bilər. Bununla belə, "QatarEnergy" şirkətin müştərilərini LNG təchizatının sabit qalacağına əmin edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər