ABŞ-nin xüsusi nümayəndələri Cared Kuşner və Stiv Uitkoff Qətərin paytaxtı Dohadadırlar, lakin İran nümayəndələri ilə birbaşa görüşlər keçirməyəcəklər.
"Operativ Məlumat Mərkəzi-OMM" "Al Jazeera"ya istinadən xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Məcid əl-Ənsari bildirib.
Onun sözlərinə görə, amerikalı nümayəndələr qətərli vasitəçilərlə görüşəcək və danışıqlar prosesinin gedişatını müzakirə edəcəklər.
Qətər XİN nümayəndəsi həmçinin bildirib ki, 6 milyard dollar məbləğində dondurulmuş İran aktivləri hələ Tehrana köçürülməyib.