Əsas məzmuna keç

"Qardaşlarımın cənazələri yenidən yoxlanılacaq, müvafiq obyektiv rəy hazırlanacaq"

"Qardaşlarımın cənazələri yenidən yoxlanılacaq, müvafiq obyektiv rəy hazırlanacaq"

bu sözləri jurnalistlərə açıqlamasında Rusiyada qardaşları qətlə yetirilən jurnalist Seyfəddin Hüseynli söyləyib. "Rusiyada həyata keçirilən qurama,...

Yekaterinburqdakı hadisələr ailəmiz deyil, bütün üçün ağır oldu. Bir azdan Rusiyanın güc strukturlarının amansız işgəncələri nəticəsində həyatını itirmiş qardaşlarımın cənazələri ölkəyə gətirilir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Rusiyada qardaşları qətlə yetirilən jurnalist Seyfəddin Hüseynli söyləyib.

"Rusiyada həyata keçirilən qurama, qeyri-obyektiv, qondarma ekspertizanın rəyi ilə bağlı həqiqətin üzə çıxarılması, haqq-ədalətin öz əksini tapması üçün ölkəmizin peşəkar həkimləri tərəfindən cənazələr yenidən yoxlanılacaq, müvafiq rəy hazırlanacaq", - deyə o vurğulayıb.

Seyfəddin Hüseynli fikirlərini belə davam etdirib:”Bizim xalqımız da, də alicənabdır. Hər zaman öz nəcibliyini qoruyub. Sözsüz ki, Azərbaycan bu məsələdə də tam qanuna uyğun şəkildə davrandı, adekvat addımlar atdı. Azərbaycan dövləti göstərdi ki, hər bir vətəndaşının, ümumilikdə bütün azərbaycanlıların hüququnu, haqqını qorumağa qadirdir, bunun üçün çalışır. Dövlətimiz Azərbaycan mənsubiyyəti olan heç bir insanın zülmə, işgəncəyə məruz qalmasına sakit baxmayacaq”.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…