Qaraheybətdə helikopter qəzasından 2 il ötür

Qaraheybətdə helikopter qəzasından 2 il ötür
30.11.2023 00:27
Aa
dəq

Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən Qaraheybət aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğramasından 2 il ötür.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, 2021-ci il noyabrın 30-da saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonunda yerləşən Qaraheybət aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb.

Hadisə nəticəsində 14 nəfər yüksək rütbəli zabit şəhid olub, 2 nəfər isə ağır yaralanıb:

Şəhid olan hərbçilərin adları:

1. Polkovnik Cavadov Füzuli Əlibram oğlu;

2. Polkovnik-leytenant Nəzirov Emil Nəzir oğlu;

3. Mayor Həsənov Elmir Mircəlil oğlu;

4. Mayor Əhmədov Elbrus Səmrəddin oğlu;

5. Mayor Mayılov Emil Şahid oğlu;

6. Mayor Məmmədov Murad Yaşar oğlu;

7. Mayor Əliyev Emil Elman oğlu;

8. Tibb xidməti kapitanı Əhmədxanov Ceyhun Xanlar oğlu;

9. Kapitan Bayramlı Cavid Əhliman oğlu;

10. Kapitan Əliyev Xəyyam Əlixan oğlu;

11. Kapitan Qaraisayev Teymur Ənvər oğlu;

12. Leytenant Süleymanov Abdulla Telman oğlu;

13. Baş leytenant Nağıyev Fərid Təyyar oğlu;

14. Nəbiyev Elçin Fikrət oğlu (ehtiyatda olan polkovnik).

Hadisə zamanı polkovnik-leytenant Cəfərov Emil Məmməd oğlu və kapitan Ədilov Ramin Ramiz oğlu yaralanıblar.

Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb və cinayət işinin istintaqı Baş prokuror tərəfindən xüsusi nəzarətə götürülüb.

Həftənin ən çox oxunanları

Xaricdə tutulan 6 nəfər Azərbaycana gətirildi

Xaricdə tutulan 6 nəfər Azərbaycana gətirildi
DAVAMIN OXU davamın oxu

Bakıda polisdən qaçmağa cəhd edən şübhəlilər saxlanılıb, bir nəfər yaralanıb

Bakıda polisdən qaçmağa cəhd edən şübhəlilər saxlanılıb, bir nəfər yaralanıb
DAVAMIN OXU davamın oxu

Şamaxıda cibgirlikdə şübhəli bilinən şəxslər saxlanılıblar

Şamaxıda cibgirlikdə şübhəli bilinən şəxslər saxlanılıblar
DAVAMIN OXU davamın oxu

DİN dələduzluq halları ilə bağlı vətəndaşlara çağırış edib

DİN dələduzluq halları ilə bağlı vətəndaşlara çağırış edib
DAVAMIN OXU davamın oxu

Xəzərin Azərbaycana mənsub ərazi sularında 300 min manatlıq qaçaqmal aşkarlanıb

Xəzərin Azərbaycana mənsub ərazi sularında 300 min manatlıq qaçaqmal aşkarlanıb
DAVAMIN OXU davamın oxu