Əsas məzmuna keç

Qaradağlı qətliamından 34 il ötür

Qaradağlı qətliamından 34 il ötür

1992-ci ildə Xocavənddə baş verən faciənin ildönümüdür. 366-cı alayın iştirakı ilə dinc sakinlərin girov götürülməsi və kütləvi qırğının dəhşətli təfərrüatları.

en ru

Silahlı Qüvvələrinin Xocavənd rayonunun Qaradağlı kəndində törətdiyi qətliamdan 34 il .

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, erməni hərbi birləşmələri Xankəndidə dislokasiya olunmuş 366-cı motoatıcı alayın hərbi texnikasının və canlı qüvvəsinin dəstəyi ilə 1992-ci il fevralın 15-dən başlayaraq azərbaycanlılar yaşayan Qaradağlı kəndinə hücum edib. İki gün çəkən ağır döyüşdən sonra mühasirəni yaran ermənilər fevralın 17-də kəndi işğalı ediblər.

İşğal zamanı kənd tamamilə dağıdılıb, , əliyalın əhaliyə, günahsız uşaqlara, qadınlara və qocalara amansızcasına divan tutulub. Faciə nəticəsində Qaradağlıdan götürülən 117 kənd sakinindən 80-ə yaxını xüsusi amansızlıqla qətlə yetirilib, 6 nəfər itkin düşüb, 9 nəfərin isə şahid ifadələrinə əsasən, götürüldüyü sübut olunub.

Şahid ifadələrinə görə, əsir götürülən azərbaycanlıların 43 nəfəri Xankəndinin 2 kilometrliyində güllələnib. Sonra isə onlardan bəzilərinin başı kəsilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…