Operativ Məlumat Mərkəzi

Qaradağda yaşayış binasında yanğınla nəticələnən partlayış olub - FOTO

2 dəq
Paylaş:
Qaradağda yaşayış binasında yanğınla nəticələnən partlayış olub - FOTO
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən beşmərtəbəli yaşayış...

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən beşmərtəbəli yaşayış binasında mənzildə partlayış baş verməsi barədə məlumat daxil olub.

FHN-dən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yanğınla nəticələnən partlayışın baş verdiyi müəyyən olunub.

Yanğınsöndürənlər tərəfindən yanğın qısa müddətdə söndürülüb, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Hadisə nəticəsində ikiotaqlı mənzilin 1 otağının dəhlizinin yanar konstruksiyaları 26 m² sahədə və mətbəxin lambirdən ibarət tavanı 10 m² sahədə yanıb, partlayış nəticəsində 1 otağın pəncərə çərçivəsi yerindən çıxıb, digər otağın pəncərə şüşələri sınıb və mətbəxin əşyaları dağılıb, bir nəfər xəsarət alıb, qonşu mənzildən 3 nəfər sakin yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər