UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunlarını stadionlardan izləyən azarkeşlərin sayı bəlli olub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, "Qarabağ"ın Bakıda Sloveniya "Olimpiya"sı ilə heç-heçə (1:1) etdiyi qarşılaşma bu göstəricidə ikincidir.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matçda 27 354 tərəfdar olub.
Ən çox tamaşaçı isə "Ayaks" (Niderland) - “Ludoqorets” (Bolqarıstan) görüşündə qeydə alınıb. Amsterdamda gerçəkləşən dueldə 50 900 nəfər tribunada əyləşib.