Operativ Məlumat Mərkəzi

Qarabağ universiteti təhsilimizin inkişafına töhfə verəcək - MÜSAHİBƏ

1 dəq
Paylaş:
Qarabağ universiteti təhsilimizin inkişafına töhfə verəcək - MÜSAHİBƏ
"Xankəndidə Qarabağ universitetinin yaradılması çox önəmli bir hadisədir. Xankəndi şəhəri işğaldan azad ediləndən sonra əsas hədəflərdən biri orada...

"Xankəndidə Qarabağ universitetinin yaradılması çox önəmli bir hadisədir. Xankəndi şəhəri işğaldan azad ediləndən sonra əsas hədəflərdən biri orada dövlət universitetinin yaradılması idi. Prezident İlham Əliyevin sərəncamı ilə Xankəndi şəhərində yeni universitet yaradılır".

Bunu "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında millət vəkili, Milli Məclisinin Elm və Təhsil Komitəsinin üzvü Ceyhun Məmmədov bildirdi.

Millət vəkili qeyd etdi ki, bu hadisə qələbəmizin möhkəmlənməsi baxımından çox önəmli hadisədir.

"Sərəncamla Xankəndidə universitetin yaradılması Azərbaycan həqiqətlərinin düzgün təbliği, region universitetlərin inkişafı nöqteyi nəzərdən vacib bir addımdır. Eyni zamanda, atılan bu addım Bakı şəhərində sıxlığın aradan qaldırılmasına öz töhfəsini verəcək. Bu gün bu universitetin formalaşması təhsilimizin inkişafına mühüm töhfə verəcək, təhsilimizi daha da inkişaf etdirəcək".

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər