“Qarabağ” UEFA reytinqində irəliləyib

“Qarabağ” UEFA reytinqində irəliləyib
25.02.2024 17:07
Aa
dəq

Klubların UEFA reytinqi açıqlanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, ötən həftə cədvəldə 59-60-cı yerləri bölüşdürən “Qarabağ” siyahıda irəliləyib.

Hazırda Ağdam təmsilçisi 32,000 xalla 56-58-ci yerləri bölüşür. Klub “Fənərbağça” (Türkiyə) və “Seltik”lə (Şotlandiya) eyni xala malikdir. Əlavə göstəricilərə görə, Qlazqo təmsilçisini qabaqlayan “Qarabağ” 57-cidir.

Avropa Liqasının pley-off mərhələsində “Braqa”nı (Portuqaliya) mübarizədən kənarlaşdıran (4:2, 2:3) Qurban Qurbanovun yetirmələri hesabına 1,000 xal əlavə edib.

Bu bonus xalı nəticəsində cari mövsüm qazanılan əmsal 10,000-a çatıb. Son mövsümün nəticələrinə əsasən hesablanan reytinq xalı 32,000-a yüksəlib. “Köhlən atlar” “Fiorentina” (31,000) və “Qalatasaray”ı (31,500) geridə qoyub.

Həftənin ən çox oxunanları

Fatih Terim "Panatinaikos"dan ayrılıb

Fatih Terim
DAVAMIN OXU davamın oxu

Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb

Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
DAVAMIN OXU davamın oxu

AFFA “Zirə”yə xəbərdarlıq edib

AFFA “Zirə”yə xəbərdarlıq edib
DAVAMIN OXU davamın oxu

Tuxel "Bavariya"da qala bilər

Tuxel
DAVAMIN OXU davamın oxu

"Mançester Yunayted" ulduz futbolçularını itirə bilər

DAVAMIN OXU davamın oxu