Operativ Məlumat Mərkəzi

"Qarabağ" "Tottenhem"ə məğlub olub

2 dəq
Paylaş:
"Qarabağ" "Tottenhem"ə məğlub olub
{"az":"\"Tottenhem Hotspur\" stadionunda keçirilən Liqa mərhələsinin I turununun oyunu meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçda hesabı...","en":"","ru":""}

"Qarabağ" UEFA Avropa Liqasında İngiltərənin "Tottenhem" klubuna məğlub olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, "Tottenhem Hotspur" stadionunda keçirilən Liqa mərhələsinin I turununun oyunu meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçda hesabı 12-ci dəqiqədə Brennan Conson açıb. 53-cü dəqiqədə Pap Matar Sarr hesab arasındakı fərqi iki topa çatdırıb.

Qarşılaşmada yekun hesabı isə 69-cu dəqiqədə adını tabloya yazdıran Dominik Solanke müəyyənləşdirib.

Qeyd edək ki, görüşün 7-ci dəqiqəsində londonlular Radu Drequşinin qırmızı vərəqə almasının ardından meydanda azlıqda qalıb. 58-ci dəqiqədə isə “köhlən atlar”dan Toral Bayramov penalti zərbəsindən yararlana bilməyib.

***

UEFA Avropa Liqasının Liqa mərhələsinin I turunun "Tottenhem" (İngiltərə) - "Qarabağ" matçı start götürüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, tərəflər arasında qarşılaşma "Tottenhem Hotspur" stadionunda keçirilir.

Matçı fransalı baş hakim Villi Delajo idarə edir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər