Operativ Məlumat Mərkəzi

“Qarabağ” “Rakuv” oyununa satılan bilet sayı məlum olub

1 dəq
Paylaş:
“Qarabağ”  “Rakuv” oyununa satılan bilet sayı məlum olub
bu saata qədər 15500 bilet satılıb. Avqustun 2-də saat 20:00-da Bakı Olimpiya Stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20,...

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində keçiriləcək “Qarabağ” - “Rakuv” (Polşa) oyununa bilet satışı davam edir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu saata qədər 15500 bilet satılıb.

Avqustun 2-də saat 20:00-da Bakı Olimpiya Stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30 və 75 manat təşkil edir.

Qeyd edək ki, Ağdam təmsilçisi ilk görüşdə 3:2 hesabı ilə məğlub olub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər