Bakıda "Qarabağ" və Polşanın "Rakuv" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununa indiyədək satılmış biletlərin sayı bəlli olub.
Klubdan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, qarşılaşma üçün 22 min bilet satılıb.
Bakı Olimpiya Stadionunda təşkil olunacaq matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30 və 75 manatdır.
Qeyd edək ki, Ağdam təmsilçisi ilk oyunda 2:3 hesabı ilə məğlub olub.