"Qarabağ"ın oyunundan əvvəl bir dəqiqəlik sükut olacaq

"Qarabağ"ın oyunundan əvvəl bir dəqiqəlik sükut olacaq
14.02.2023 11:01
Aa
dəq

Konfrans Liqasının pley-off mərhələsində keçiriləcək "Qarabağ" - "Gent" matçı 1 dəqiqəlik sükutla başlayacaq.

"Operativ Məlumat Mərkəzi - OMM" xəbər verir ki, bu barədə UEFA qərar verib. 

Qurumun belə addım atmasında məqsəd qardaş ölkə Türkiyədə, həmçinin Suriyada baş verən güclü zəlzələdə həyatını itirənlərin xatirəsinin yad olunmasıdır. UEFA-nın qərarına əsasən, avrokubokların - Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının bu həftə keçiriləcək bütün oyunlarından əvvəl 1 dəqiqəlik sükut olacaq.  Həmçinin oyunlar zamanı lövhələrdə Türk və Ərəb dillərində "Sizinləyik" mesajı göstəriləcək. 

Qeyd edək ki, fevralın 16-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Gent" oyunu saat 21:45-də başlayacaq. Bu komandalar arasında cavab matçı isə 1 həftə sonra Belçikada olacaq. 

Xatırladaq ki, fevralın 6-da qardaş ölkə Türkiyənin bir neçə bölgəsində güclü zəlzələ baş verib. Fəlakət nəticəsində 31 min nəfərdən çox şəxs həyatını itirib, 80 min nəfərdən çox insan yaralanıb. Həmçinin Suriyada da baş verən zəlzələdə də çox sayda insan həlak olub.

Həftənin ən çox oxunanları

Fatih Terim "Panatinaikos"dan ayrılıb

Fatih Terim
DAVAMIN OXU davamın oxu

Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb

Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
DAVAMIN OXU davamın oxu

AFFA “Zirə”yə xəbərdarlıq edib

AFFA “Zirə”yə xəbərdarlıq edib
DAVAMIN OXU davamın oxu

Tuxel "Bavariya"da qala bilər

Tuxel
DAVAMIN OXU davamın oxu

"Mançester Yunayted" ulduz futbolçularını itirə bilər

DAVAMIN OXU davamın oxu