"Qarabağ" "Gent"i qabaqladı

"Qarabağ" "Gent"i qabaqladı
21.02.2023 16:10
Aa
dəq

“Qarabağ” klubların dünya reytinqində ötən ayla müqayisədə 3 pillə geriləyib.

"Operativ Məlumat Mərkəzi-OMM" "Opta"-ya istinadən xəbər verir ki, Azərbaycan çempionu siyahının 69-cu pilləsində yer alır. Ağdam təmsilçisi 84,1 xala sahibdir.

Reytinqin ilk “100-lüy”ündə özünə yer tapan yeganə Azərbaycan təmsilçisi olan “Qarabağ” UEFA Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi “Gent”i (Belçika) üstələyib. “Gent” hazırda 80,7 reytinq xalı ilə 138-cidir.

Azərbaycan Premyer Liqasında çıxış edən digər klubların da mövqeləri müəyyən olub. “Neftçi” (77,0) 244-cü, “Sabah” (75,5) 307-ci, “Zirə” (71,9) 615-ci, “Qəbələ” (71,7) 628-ci, “Turan Tovuz” (68,7) 992-ci, “Sumqayıt” (65,6) 1514-cü, “Şamaxı” (65,4) 1556-cı, “Kəpəz” (65,0) 1651-ci, “Səbail” (64,6) isə 1731-ci olub.

Elita təmsilçilərindən “Neftçi”, “Qəbələ”, “Turan Tovuz”, “Sumqayıt”, “Kəpəz” və “Səbail” irəliləyib, “Sabah”, “Zirə” və “Şamaxı” geriləyiblər.

13 515 komandanın yer aldığı cədvələ yenə Almaniya təmsilçisi “Bayern” (100) liderlik edir. “Mançester Siti” (98,7) ikinci yerdə qalıb. “Napoli” (96,0) üçüncü pilləyə qalxıb.

Həftənin ən çox oxunanları

PSJ baş məşqçisi ilə bağlı qərar verib

PSJ baş məşqçisi ilə bağlı qərar verib
DAVAMIN OXU davamın oxu

İbrahim Şehiç millidəki karyerasını bitirib

İbrahim Şehiç millidəki karyerasını bitirib
DAVAMIN OXU davamın oxu

“Qəbələ” “Səbail”i məğlub edib

“Qəbələ” “Səbail”i məğlub edib
DAVAMIN OXU davamın oxu

"Arsenal" köhnə qapıçısını qaytara bilər

DAVAMIN OXU davamın oxu

"Feyenoord" Arne Slotun yerini bu məşqçi ilə dolduracaq

DAVAMIN OXU davamın oxu