Operativ Məlumat Mərkəzi

"Qarabağ" bu gün Avstriyada daha iki yoxlama oyunu keçirəcək

1 dəq
Paylaş:
"Qarabağ" bu gün Avstriyada daha iki yoxlama oyunu keçirəcək
Qurban Qurbanovun komandası hər iki sınağına bu gün çıxacaq. İlk görüşdə rəqib Xorvatiya təmsilçisi “Slaven Belupo" olacaq. Bu qarşılaşma Bakı vaxtı ilə...

Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" klubu daha iki yoxlama oyunu keçirəcək.

"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, Qurban Qurbanovun komandası hər iki sınağına bu gün çıxacaq.

İlk görüşdə rəqib Xorvatiya təmsilçisi “Slaven Belupo" olacaq. Bu qarşılaşma Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Ağdam təmsilçisi Tirol bölgəsindəki hazırlığı “Əl-Şabab” klubuna (BƏƏ) qarşı matçla yekunlaşdıracaq. Bu görüşün start fiti isə saat 19:00-da səslənəcək.

Qeyd edək ki, "Qarabağ" toplanış çərçivəsində iyulun 9-da Almaniyanın “Kayzerslautern” (1:3) və Çexiyanın “Viktoriya” kollektivləri (2:1) ilə üz-üzə gəlib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər