Qara dənizdə PUA insidentinin görüntüləri yayıldı

Qara dənizdə PUA insidentinin görüntüləri yayıldı
16.03.2023 15:16
Aa
dəq

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Qara dəniz üzərində MQ-9 "Reaper" pilotsuz uçuş aparatının (PUA) Qara dəniz üzərində Rusiya təyyarəsi ilə toqquşmasının görüntülərini yayımlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, görüntülərdə Rusiya hərbi təyyarəsinin ABŞ PUA-sına çox yaxınlaşdığı, yanacaq tökdüyü görünür.

Xatırladaq ki, ABŞ ordusuna məxsus PUA Qara dənizə düşüb. ABŞ ordusu məlumat yayıb ki, Rusiyanın iki Su-27 təyyarəsi Qara dəniz üzərində "Reaper" pilotsuz uçuş aparatının qarşısını kəsib. Qırıcılar PUA-nın üzərinə yanacaq tökərək pərvanəsini zədələyib, nəticədə aparat qəzaya uğrayıb. Rusiya Müdafiə Nazirliyi iddia edir ki, Krım bölgəsindəki Rusiya "sərhədi" istiqamətində ABŞ PUA-sının uçuşu qeydə alınıb və buna cavab olaraq Rusiya qırıcıları havaya qaldırılıb.

Həftənin ən çox oxunanları