Operativ Məlumat Mərkəzi

Qara dənizdə fırtınaya düşən Türkiyə gəmisi ilə əlaqə kəsilib

1 dəq
Paylaş:
Qara dənizdə fırtınaya düşən Türkiyə gəmisi ilə əlaqə kəsilib
Qara dənizdə Türkiyənin göyərtəsində 12 heyət üzvü olan "Kafkametler" adlı gəmisi ilə əlaqə kəsilib. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" yerli...

Qara dənizdə Türkiyənin göyərtəsində 12 heyət üzvü olan "Kafkametler" adlı gəmisi ilə əlaqə kəsilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" yerli mətbuata istinadən xəbər verir.

Qeyd edilir ki, Zonguldağda fırtına səbəbindən yan aldığı limandan ayrıldıqdan sonra əlaqəsi kəsilən gəmi ilə əlaqə saxlanılmağa cəhd edilir.

Rusiyadan İzmirin “Əliağa” limanına yük daşıyan Türkiyə gəmisi Qara dəniz bölgəsində fırtına səbəbindən “Ereğli” limanına sığınıb. Burada yenidən hərəkətə keçən gəmi ilə daxili limandan ayrıldıqdan qısa müddət sonra əlaqə kəsilib.

Liman rəhbərliyi gəmi ilə əlaqəni bərpa etmək üçün işlərini davam etdirir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər