Qanunvericiliyə “Azərbaycan işarət dili” anlayışı daxil edilir

Qanunvericiliyə “Azərbaycan işarət dili” anlayışı daxil edilir
11.04.2025 12:20
Aa
dəq

Qanunvericiliyə “Azərbaycan işarət dili” anlayışı daxil edilir.

 "Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, bu, bu gün Milli Məclisin iclasında müzakirəyə çıxarılan "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, Azərbaycan işarət dili eşitmə qabiliyyəti tam məhdud olan azərbaycandilli şəxslərin qollar, əllər və barmaqlardan eyni zamanda istifadə edilməklə fikirlərini ifadə etməsidir.

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Həftənin ən çox oxunanları