Əsas məzmuna keç

Qanunsuz kömür istehsal edən 3 quyu aşkarlanıb

Qanunsuz kömür istehsal edən 3 quyu aşkarlanıb

Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı qanunsuz kömür istehsal edən şəxslərin Qəbələ rayonu, Nic qəsəbə sakinləri Qurban...

Ölkə ərazisində qanunsuz kömür istehsalının qarşısının alınması məqsədilə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Qəbələ və rayonları ərazisində vətəndaşların həyətyanı sahələrində edilən 3 kömür quyusu aşkar olunub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı qanunsuz kömür istehsal edən şəxslərin Qəbələ rayonu, Nic qəsəbə sakinləri Qurban Mehdiyev, Mixail Xalatov və Quba rayonu, Vladimirovka kənd sakini Mövsüm Mursəliyev olduğu müəyyən edilib:

“Qanunsuz kömür istehsal edən şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb, kömür quyuları isə ləğv olunub”.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…