“Qalatasaray”ın rəqibləri bəlli olub

“Qalatasaray”ın rəqibləri bəlli olub
21.06.2023 14:22
Aa
dəq

UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin püşkü atılıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, Avropa futbol qurumunun İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutan tədbirdə Çempionlar Yolunda 10 potensial cütlük, Liqa Yolunda isə 2 cüt müəyyənləşib.

Turnirə bu mərhələdən başlayacaq Türkiyə çempionu “Qalatasaray”ın ilk dueli “Jalgiris” (Litva) - “Struqa” (Şimali Makedoniya) cütünün qalibinə qarşı olacaq.

Qeyd edək ki, Çempionlar Liqasında II raundun ilk oyunları iyulun 25-26-da, cavab görüşləri isə avqustun 1-2-də keçiriləcək.

UEFA Çempionlar Liqası

II təsnifat mərhələsi

Çempionlar Yolu

“Jalgiris” (Litva) - “Struqa” (Şimali Makedoniya) cütü / “Qalatasaray” (Türkiyə)

“Ballkani” (Kosovo) - “Ludoqorets” (Bolqarıstan) cütü / “Olimpiya” (Sloveniya) - “Valmiera” (Latviya) cütü

“Rakuv” (Polşa) - “Flora” (Estoniya) cütü / “Linkoln” (Cəbəllütariq) - “Qarabağ” (Azərbaycan) cütü

“Klaksvik” (Farer adaları) - “Ferentsvaroş” (Macarıstan) cütü / “Haken” (İsveç) - TNS (Uels) cütü

HIK (Finlandiya) - “Larne” (Şimali İrlandiya) cütü / “Molde” (Norveç)

“Şemrok Rovers” (İrlandiya) - İlkin mərhələnin qalibinin cütü / “Kopenhagen” (Danimarka)

“Farul” (Rumıniya) - “Şerif” (Moldova) cütü / “Hamrun” (Malta) - “Makkabi” (Hayfa, İsrail) cütü

“Aris” (Kipr) - “Partizani” (Albaniya) - BATE (Belarus) cütü

“Urartu” (Ermənistan) - “Zrinski” (Bosniya və Herseqovina) cütü / “Slovan” (Slovakiya) - “Svift Hesperange” (Lüksemburq) cütü

“Dinamo” (Zaqreb, Xorvatiya) / “Astana” (Qazaxıstan) - “Dinamo” (Tbilisi, Gürcüstan) cütü

Liqa Yolu

“Dnepr-1” (Ukrayna) - “Panatinaikos” (Yunanıstan)

“Servett” (İsveçrə) - “Genk” (Belçika)

Həftənin ən çox oxunanları

Türkiyə Super Liqası: "Qalatasaray" bu gün səfərdə "Fənərbağça" ilə üz-üzə gələcək

Türkiyə Super Liqası:
DAVAMIN OXU davamın oxu

Azərbaycan Premyer Liqasında bu gün daha bir oyun baş tutacaq

Azərbaycan Premyer Liqasında bu gün daha bir oyun baş tutacaq
DAVAMIN OXU davamın oxu

Qurban Qurbanovun əhvalını korladı, sevinci uzun çəkmədi, qovuldu!

Qurban Qurbanovun əhvalını korladı, sevinci uzun çəkmədi, qovuldu!
DAVAMIN OXU davamın oxu

Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub

Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub
DAVAMIN OXU davamın oxu

“İmarət” stadionunun təməli qoyulub

“İmarət” stadionunun təməli qoyulub
DAVAMIN OXU davamın oxu