Operativ Məlumat Mərkəzi

“Qalatasaray” Çempionlar Liqası ilə vidalaşıb

1 dəq
Paylaş:
“Qalatasaray” Çempionlar Liqası ilə vidalaşıb

UEFA Çempionlar Liqasının qrup mərhələsinin son turuna start verilib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, ilk gündə A, B, C və D qruplarında mübarizəyə yekun vurulub.

Türkiyənin turnirdəki yeganə təmsilçisi “Qalatasaray” Danimarkada “Kopenhagen”in qonağı olub. Türkiyə təmsilçisi həlledici oyunda minimal hesabla məğlub olaraq qitənin ali klub turniri ilə vidalaşıb.

“Cim-Bom” mübarizəyə Avropa Liqasında davam edəcək. “Mançester Yunayted”in isə, ümumiyyətlə, qitə turnirləri ilə vidalaşıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər