Operativ Məlumat Mərkəzi

“Qalatasaray” azərbaycanlı futbolçuların Superliqada legioner sayılmasını istəmir

1 dəq
Paylaş:
“Qalatasaray” azərbaycanlı futbolçuların Superliqada legioner sayılmasını istəmir
İstanbul təmsilçisi bununla bağlı Türkiyə Futbol Federasiyasına (TFF) müraciət etməyə hazırlaşır. “Habertürk”ün yaydığı məlumata görə, “sarı-qırmızılar”...

“Qalatasaray” türk dövlətlərinin futbolçularının Türkiyə Superliqasında legioner sayılmaması ilə bağlı təşəbbüs irəli sürüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, İstanbul təmsilçisi bununla bağlı Türkiyə Futbol Federasiyasına (TFF) müraciət etməyə hazırlaşır.

“Habertürk”ün yaydığı məlumata görə, “sarı-qırmızılar” TFF-yə müraciətində Braziliya/Portuqaliya razılaşmasını nümunə göstərəcək. Bu iki ölkə arasında razılaşmaya görə, Braziliya və Portuqaliya vətəndaşlarından qarşılıqlı gediş-gəliş üçün viza tələb edilmir. Eyni zamanda sözügedən ölkələrin futbolçuları digərində legioner statusu da daşımır.

Xatırladaq ki, Azərbaycanla Türkiyə arasında da viza rejimi tətbiq olunmur.

Bu xəbəri paylaş

Oxşar xəbərlər