Qalapaqos arxipelaqına daxil olan Fernandina adasında La Cumbre vulkanı püskürüb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ekvadorun Ətraf Mühit, Su Ehtiyatları və Ekologiya Nazirliyi geoloqlardan alınan məlumatlara əsasən bildirib.
Ekvador nazirliyindən verilən məlumata görə, püskürmənin nə qədər davam edəcəyi və lavanın dəniz sahilinə çatacağı məlum deyil, lakin məlumatlara görə, bu partlayış 2017, 2018 və 2020-ci illərdən daha güclü olacaq.
Qalapaqos adaları Sakit okeanda yerləşir. Bu adaların yerləşdiyi bölgədə nəhəng tısbağalar, iquanalar, bəzi növ quşlar və digər heyvanlar da daxil olmaqla bir çox növlər yaşayır.