Əsas məzmuna keç

QAİ bəyanat yaydı - 02.02.2025

QAİ bəyanat yaydı - 02.02.2025

bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilib. Bəyanatda deyilir: “Belçika siyasi partiyalarının, ölkələrinə aidiyyəti olmayan bu kimi...

Belçika Krallığında yeddi aydır davam edən növbəti siyasi böhrandan sonra bir qrup siyasi partiya 2025-ci ilin fevral ayının 1-də koalisiya sazişi imzalayaraq hökumət qurmuşdur. Sazişdə Azərbaycana və azərbaycanlılara qarşı qeyri-konstruktiv və ayrı-seçkilik xarakterli müddəalar yer alır.

Koalisiya sazişində “dağlıq ” kimi ifadələrdən istifadə etməklə, Respublikasının ərazi bütövlüyü və suverenliyinə xələl gətirilməyə çalışılır. Bundan əlavə, sazişdə Azərbaycandan köçüb getmiş ermənilərin qayıdışına şərait yaradılması məsələsi qaldırılır. Lakin, Ermənistandan zorla çıxarılmış azərbaycanlıların qayıdışı barədə bir kəlmə də olsun bəhs edilmir. Bu, Belçika hökuməti tərəfindən Qərbi azərbaycanlılara qarşı və dini əsasda ayrı-seçkilikdir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İcmasının bəyanatında bildirilib.

Bəyanatda deyilir: “Belçika siyasi partiyalarının, ölkələrinə aidiyyəti olmayan bu kimi məsələləri sazişə daxil etmək və ayrı-seçkilik və beynəlxalq hüquqa zidd yanaşma sərgiləmək əvəzinə, Belçikanın xroniki böhran içərisində olan siyasi sistemi ilə məşğul olmaları daha düzgün olardı.

Biz Belçikanın yeni qurulmuş hökumətini azərbaycanlılara qarşı etnik əsasda ayrı-seçkiliyə son verməyə, bölgədə sülhə mane olan addımlardan çəkinməyə və Qərbi azərbaycanlıların qayıdış hüququna hörmət etməyə çağırırıq”.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…