Operativ Məlumat Mərkəzi

"Qaemi" qasırğası 25 nəfərin həyatına son qoyub

1 dəq
Paylaş:
"Qaemi" qasırğası 25 nəfərin həyatına son qoyub
Çinədək irəliləyən "Qaemi" qasırğası, Tayvan və Filippində geniş dağıntılar törədib. Məlumata görə, Tayvanda torpaq sürüşməsi və daşqınlar qeydə alınıb,...

Filippin və Tayvanda "Qaemi" qasırğası 25 nəfərin həyatına son qoyub

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, Çinədək irəliləyən "Qaemi" qasırğası, Tayvan və Filippində geniş dağıntılar törədib.

Məlumata görə, Tayvanda torpaq sürüşməsi və daşqınlar qeydə alınıb, nəticədə 3 nəfər ölüb.

Filippində isə qurbanların sayı artıq 22-yə çatıb.

“The Guardian” yazıb ki, Filippinin paytaxtı Manilada 300 mm-dən çox yağış yağıb və bu, genişmiqyaslı daşqınlara səbəb olub. Bəzi ərazilərdə suyun səviyyəsi birmərtəbəli binaların hündürlüyünə qədər qalxıb.

Tayvanda ən azı dörd bölgəyə 14 saat ərzində 1000 mm-dən çox yağış düşüb.

Çinin cənub-şərqində 200-300 mm yağıntının düşəcəyi və iki-üç gün ərzində Qaemi qasırğasının zəifləyəcəyi gözlənilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər