Operativ Məlumat Mərkəzi

Putinin Ermənistanın KTMT-yə üzvlüyü ilə bağlı Paşinyanla əlaqəsi olmayıb

1 dəq
Paylaş:
Putinin Ermənistanın KTMT-yə üzvlüyü ilə bağlı Paşinyanla əlaqəsi olmayıb

Rusiya prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla İrəvanın KTMT-yə üzvlüyünün dayandırılması ilə bağlı bəyanatlarını hələ müzakirə etməyib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov TASS-a bildirib.

O qeyd edib ki, hələlik belə təmaslar planlaşdırılmır.

"Hazırda heç bir əlaqə yoxdur və olmayıb. Ancaq iş əlaqələri çərçivəsində, əlbəttə ki, erməni dostlarımızdan nə demək istədiklərini, işlərin necə getdiyini öyrənmək istəyirik. Ona görə də biz İrəvanla dialoqumuzu davam etdirəcəyik".

Qeyd edək ki, bundan əvvəl Paşinyan bildirib ki, Respublika Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında iştirakını dayandırıb. KTMT katibliyindən bildiriblər ki, Ermənistandan belə bəyanatlar almayıblar.

Bu xəbəri paylaş

Oxşar xəbərlər