Əsas məzmuna keç

Putin və Paşinyan sabah Moskvada görüşəcək

Putin və Paşinyan sabah Moskvada görüşəcək

Rusiya lideri Vladimir Putin və Nikol Paşinyan Cənubi Qafqazda nəqliyyat-logistika əlaqələrini müzakirə edəcəklər. Kremlin açıqladığı danışıqların təfərrüatları burada.

en ru

Prezidenti Vladimir və Ermənistanın Baş naziri Nikol aprelin 1-də Moskvada rəsmi danışıqlar aparacaq.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM” Kremlin mətbuat xidmətinə istinadən xəbər verir.

Bildirilib ki, qarşıdan gələn danışıqlar zamanı Vladimir Putin və Nikol Paşinyan geniş spektrli məsələləri, o cümlədən Cənubi Qafqaz regionunda iqtisadi əməkdaşlığın və nəqliyyat-logistika əlaqələrinin inkişafını müzakirə edəcəklər.

"Rusiya-Ermənistan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin, Avrasiya məkanında inteqrasiya əməkdaşlığının cari vəziyyətini və perspektivlərini, eləcə də regional gündəliyin aktual məsələlərini, xüsusən də Cənubi Qafqazda iqtisadi və nəqliyyat-logistika əlaqələrinin inkişafını müzakirə etmək planlaşdırılır", - məlumatda qeyd olunub.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…