Rusiya Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının Sədri Si Cin Fələstin-İsrail münaqişəsini müzakirə edə bilərlər.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov deyib.
Onun sözlərinə görə, Rusiya Federasiyası və Çin Xalq Respublikası liderləri arasında danışıqlarda ətraflı fikir mübadiləsi aparılacaq.
Peskov onu da əlavə edib ki, Putinin “Bir kəmər, bir yol” forumu çərçivəsində Pakistanın baş naziri ilə görüşü planlaşdırılır.