Operativ Məlumat Mərkəzi

Putin Özbəkistanda əldə olunan razılaşmaların əhəmiyyətini açıqlayıb

1 dəq
Paylaş:
Putin Özbəkistanda əldə olunan razılaşmaların əhəmiyyətini açıqlayıb
{"az":"bunu Rusiya lideri Daşkənddən qayıtdıqdan bir gün sonra teleqramında yazıb. Putin həmkarına müraciət edərək, “əminəm ki, mühüm danışıqlarımız...","en":"","ru":""}

Rusiya prezidenti Vladimir Putin özbəkistanlı həmkarı Şavkat Mirziyoyevə səmimi qəbula görə təşəkkür edib və Rusiya nümayəndə heyətinin Özbəkistana səfəri zamanı əldə olunan razılaşmaların iki ölkə arasında birgə layihələr üçün imkanlar yaradacağına əminliyini ifadə edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Rusiya lideri Daşkənddən qayıtdıqdan bir gün sonra teleqramında yazıb.

Putin həmkarına müraciət edərək, “əminəm ki, mühüm danışıqlarımız Rusiya-Özbəkistan strateji tərəfdaşlıq və əməkdaşlıq əlaqələrinin daha da inkişafına töhfə verəcək”,- deyə bildirib.

O, həmçinin Mirziyoyevə şəxsi görüşə görə təşəkkür edib və şəxsi dialoqun “çox dəyərli” olduğunu qeyd edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər