Rusiya prezidenti Vladimir Putinlə Fələstin dövlət başçısı Mahmud Abbas arasında telefon danışığı olub.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, Fələstin prezidenti Mahmud Abbas, 24 iyun hadisələri zamanı konstitusiya quruluşunun və hüququn qorunması istiqamətində atılan addımlara hərtərəfli dəstək verdiyini bildirib.
Görüş zamanı iki lider Rusiya ilə Fələstin arasında münasibətlərin daha da inkişaf etdirilməsi ilə bağlı razılığa gəliblər.
Vladimir Putin Mahmud Abbas və bütün Fələstin xalqını Qurban bayramına görə də təbrik edib.